"Vətən müharibəsində qazanılan möhtəşəm qələbə ölkə başçısının yürütdüyü siyasətin alternativsiz olduğunun növbəti təzahürüdür" -

"Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrdə aparılmış köklü islahatlar və görülmüş nəhəng işlər, eləcə də Azərbaycan Ordusu və başqa silahlı birləşmələrlə Hərbi Prokurorluğun birgə səmərəli fəaliyyəti son illər ölkədə hərbi xidmət əleyhinə olan cinayətlərin və hərbi qulluqçular tərəfindən törədilən digər cinayətlərin sayının əhəmiyyətli dərəcədə azalması, fərarilik cinayətinin isə demək olar ki, kökünün kəsilməsi ilə nəticələnmişdir. Bu uğurlu tendensiya davam edir".

Metbuat.az xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikasının Hərbi prokuroru, ədliyyə general-leytenantı cənab Xanlar Vəliyev Xalq qəzetində nəşr edilən məqaləsində qeyd edib. Hərbi prokuror qeydə alınmış cinayətlərin sayındakı azalmanı konkret rəqəmlərlə açıqlayıb:

"2020-ci ilin 8 ayı ilə müqayisədə 2021-ci ilin müvafiq dövründə qeydə alınmış Vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma cinayətləri 26,7%, Qulluğa səhlənkar yanaşma cinayətləri 11,1%, Tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma cinayətləri 53,2% və Hərbi xidmət vəzifələrinin icrasından boyun qaçırma cinayətləri 48,3% azalmışdır".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR