Səyyad Əlizadə ilə vidalaşmağa təkcə bu müğənni gəldi -

Müğənni Səyyad Əlizadənin nəşi dəfn olunmaq üçün doğulduğu Füzuli rayonunun Babı kəndinə yola salınıb.

Metbuat.az xəbər verir ki, 63 yaşlı ifaçının vida mərasiminə qohumları və ailə üzvləri gəlib. Sənət dostlarından isə yalnız Əməkdar artist Yusif Mustafayev vida mərasiminə qatılıb.

Qeyd edək ki, koronavirusa yoluxduğu üçün Mərkəzi Gömrük Hospitalına yerləşdirilən S.Əlizadə ötən gecə dünyasını dəyişib. Süni tənəffüs aparatına qoşulan sənətçinin ağciyərinin 80 faizinin buzlaşdığı bildirilirdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR