Dünyanı dəhşətə gətirən "dul qadın": Çox sayda kişini... - Görüş zamanı ələ keçdi... /

Yaponiyada yaşayan İsao Cisako adlı qadının edamdan xilas olmaq üçün məhkəməyə etdiyi son müraciət də rədd edilib.

Metbuat.az xəbər verir ki, 75 yaşlı “dul qadın” ləqəbli yaponiyalı çox sayda kişini zəhərləyərək öldürməkdə ittiham edilir. Məlumata görə, o qurbanları ilə əvvəlcə tanış olaraq yaxın münasibət qurub. Ardınca isə onlara zəhərli dərmanla qətlə yetirib.

Onun 4 kişini öldürdüyü bildirilir. 2013-cü ildə qadın son qurbanını qətlə yetirəndən sonra şübhəli qisminə saxlanılıb. Ardınca onun əməlləri üzə çıxıb. Bildirilir ki, polis hadisələri araşdırarkən qadının izinə düşüb. Məlum olub ki, qadın 2013-cü ildə evləndiyi növbəti qurbanını bir neçə aydan sonra eyni üsulla öldürüb. Qadının ərinin ölümündən dərhal sonra başqa kişilərlə görüşməsi polisi şübhələndirib.Nəticədə hadisələrin üstü açılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR