Ərdoğan: Yenidən azərbaycanlı qardaşlarımızla

“Qarşıdakı həftələrdə yenidən azərbaycanlı qardaşlarımızla bir araya gələcəyik”.

Metbuat.az xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlama verib. Azərbaycanın 44 günlük çətin mübarizə nəticəsində qazandığı qələbəsindən danışan Ərdoğan, 30 ildən sonra işğal altında olan torpaqların azadlığa qovuşduğunu ifadə edib. Ərdoğan Şuşaya səfər etdiyini xatırladaraq, azərbaycanlı qardaşlarının sevinclərinə şərik olduğunu ifadə edib.

Qeyd edək ki, Ərdoğanın Füzuli hava limanının açılışında iştirak etmək üçün Azərbaycana gələcəyi açıqlanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR