İdman ruhlu Acura NSX - FOTO

İdman ruhlu Acura NSX - FOTO
00:05 19 Yanvar 2015
351 Maraqlı
Ölkə mətbuatı
A- A+

Acura şirkəti yeni nəsil NSX sportkarın seriya versiyasını təqdim edib. Yeni modelin debütü Detroyt avtosalonunda baş tutub. Avtomobilin satışları bu il başlanmalıdır.
 
Milli.Az 4charx.com-a istinadən bildirir ki, Yeni sportkarın qiymətləri 150 000 dollardan başlayacaq. Avtomobil Ohayo (ABŞ) ştatında istifadəyə verilmiş yeni konveyerdə buraxılacaq. Yeni modelinin əsas rəqibləri Audi R8, Ferrari 458 Italia və Porsche 911 olacaq.
 
Yeni sportkar yanacağı birbaşa çiləyən altısilindrli mühərrik, üç elektrik mühərriki və həmçinin Sport Hybrid SH-AWD tam ötürmə sistemi ilə təchiz edilib. Güc qurğusunun toplam gücü 500 at gücündən çoxdur. Digər texniki göstəricilər haqqında hələlik məlumat verilmir.
 
Milli.Az













Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/319395.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR