Məşhur müğənnini xəstəlik bu hala salıb -

Bir vaxtların məşhur ifaçısı olan Andrey Qubin uzun illərdir xəstəliklə mübarizə aparır.

Metbuat.az Axşam.az-a istinadən xəbər verir ki, "Лиза", "Ночь" və "Девочки как звезды" kimi mahnıları ilə tanınan 1990-cı illərin ifaçısı hazırda tanınmaz hala düşüb.

O, "Комсомольская правда"nın qonağı olub. 47 yaşlı Qubin nevroloji problemdən əziyyət çəkir. Buna görə o, səhnəni də bir müddətlik tərk edib. Andrey bildirib ki, xəstəliyinə görə dəhşətli ağrılar keçirir. O bildirib ki, hətta bəzən ağrılardan nəfəs almaqda belə çətinlik çəkir.

Tək yaşayan Qubin indiyənə kimi evlənməməsinə görə peşman olduğunu deyib:

"İndi bəyəndiyim kimsə bəzən görüşümə gəlir, kimsə gəlmir. Amma ailə quracağıma, ata olacağıma inanmıram. Sonuncu dəfə il yarım bundan əvvəl sevmişəm. Amma əgər insan güclü xəstədirsə, sevə bilmir. Kiminsə qayğısına qala bilmirsən. İndi tək istəyim sağalmaqdır. Hazırda ölürəm, bir ayağım məzardadır. Məni həyatımda xoşbəxtlik olmaması üzür".

Andrey nikahdankənar övladı olması suallarına "Pərəstişkarlarımla eşq yaşadığımı danmıram. Amma heç vaxt övlad istəməmişəm. Tez evlənən şəxslərin seçimi olmur. Amma mənim çox seçimim olub. 28 yaşımda artıq səhnədən gedib, sağlamlığımla məşğul olmuşam" cavabını verib.

Məşhur müğənnini xəstəlik bu hala salıb - FOTOLARMəşhur müğənnini xəstəlik bu hala salıb - FOTOLAR


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR