Bakıda bir ailənin üzvləri intihara cəhd etdi -

Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsində intihara cəhd olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Metbuat.az-a bildirib ki, polis əməkdaşlarının operativ müdaxiləsi və ailə ilə aparılan izahedici söhbətlər nəticəsində onları fikirlərindən daşındırmaq mümkün olub və hadisə insidentsiz ötüşüb.

Məlumata görə, intihara cəhd edənlər bir ailənin üzvüdür və onlar yaşadıqları binanın sökülməsinə etiraz olaraq binanın damına çıxaraq intihara cəhd ediblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR