Tezliklə Qarabağda erməni əsgər qalmayacaq -

Dünən Ermənistanın fərqli hərbi hissələrindən olan çağırışçılar, məzuniyyət müddəti bitdikdən sonra xidməti yerlərinə qayıtmaq istəmədiklərini, müəyyən hərbi xidmət vəzifələrini yerinə yetirməkdən imtina etdiklərini bildirib. Onların Qarabağda qanunsuz xidmət edən əsgərləri isə sülhməramlılar tərəfindən əraziyə buraxılmayıb.

Metbuat.az Hraparak nəşrinə istinadən xəbər verir ki, ədə Ermənistanın İstintaq Komitəsi bəyanat yayıb.

Hadisə ilə bağlı cinayət işi açılıb, hərbçilərin həbs edildiyi bildirilib.

Qeyd edək ki, erməni mətbuatı əsgərlərin xidməti yerlərinə qayıtmaq istəmədiyini müharibədən sonrakı vəziyyətlə əlaqələndirib.

Onu da deyək ki, Qarabağda qanunsuz xidmət edən erməni əsgərləri məzuniyyət vaxtı Ermənistan ərazilərinə gedib. Məzuniyyət müddəti bitdikdən sonra isə onlar Qarabağa yenidən qayıtmaq istəyəndə əraziyə buraxılmayıb.

Erməni hərbçilərindən birinin atası deyib ki, onun oğlu məzuniyyətdən qayıdanda Qarabağa buraxılmadığı üçün qanunsuz məskunlaşdıqları hərbi hissəyə qayıda bilməyib. Buna görə də o, xidmətdən yayınmaq iddiası ilə həbs edilib.

Bildirilib ki, əsgərlər hərbi biletini rus sərhədçilərinə göstərdikdən sonra, onların mülki yox, əsgər olduğu aydın olub. Buna görə də hərbçilər Qarabağa girə bilməyib.

Bu da erməni KİV-də "tezliklə Qarabağda bir dənə də olsun erməni əsgəri qalmayacaq, düşmənin tələbi ilə erməni qoşunları yavaş-yavaş "Artsax"dan geri çəkilir" sözləri ilə etiraza səbəb olub.

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən analitik Asif Nərimanlı bildirib ki, Qarabağdan Ermənistana – evlərinə məzuniyyətə gedən hərbçilər geri qayıda bilmir:

"Dünən Ermənistan İstintaq Komitəsi məzuniyyətə getdikdən sonra Qarabağa qayıtmaq istəməyən iki hərbçi haqqında cinayət işi açıb. İki erməni getmək istəməsə də, məzuniyyəti bitəndən sonra Qarabağa qayıtmaq istəyən hərbçilər də Laçın dəhlizindən buraxılmır.

- Müharibədən sonra Ermənistana məzuniyyətə gələn hərbçilər – sıravi əsgərlər, müddətdən artıq qulluqçular, zabitlər – geri qayıda bilmirlər: bu, rəsmi təsdiqlənməsə də, çoxsaylı məlumatlar var;

- Bir neçə gün öncə əsgərlərdən birinin atası oğlunun məzuniyyətdən sonra Qarabağa qayıtmaq istəyərkən, Laçın dəhlizindən geri qaytarıldığını açıqlayıb: əsgər hərbi biletini rus sülhməramlılarına göstərib, ona hərbçi olduğu üçün icazə verilməyib, yalnız mülki şəxslərin keçə biləcəyi deyilib; əsgər Ermənistanda hərbi hissələrin birinə göndərilib;

- Bu, Azərbaycanın tələbi ilə qoşunların tədricən Qarabağdan çəkildiyinə dair daha bir sübutdur: tezliklə Qarabağda erməni əsgər qalmayacaq".



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR