“Qarabağ” liderliyə yüksəldi

Bu gün Azərbaycan Premyer Liqasında 6-cı tura yekun vurulub.

Metbuat.az xəbər verir ki, turun son oyun günündə 1 matç keçirilib.

"Qarabağ" doğma meydanda "Qəbələ"ni qəbul edib. Görüş Ağdam təmsilçisinin qələbəsi ilə başa çatıb - 2:0. Bu nəticədən sonra "Qarabağ" xallarını 14-ə yüksəldib və vahid lider olub.

"Qəbələ" isə mövsümdə ilk məğlubiyyətini alıb.


3 oktyabr (bazar)

19:00.“Qarabağ” – “Qəbələ” - 2:0

Qol: Zubir, 52, Şeydayev, 66

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamal Umudlu
“Azersun Arena”


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR