Sakinləri qorxuya salan tikili: Hər il 5 saniyəlik yoxa çıxır -

İstanbulun Bakırköy rayonunda yerləşən taxta bina barədə maraqlı iddialar səsləndirilir.

Metbuat.az xəbər verir ki, iddialara görə, bina ildə bir dəfə 5 saniyəlik yoxa çıxıb yenidən görünür. Maraqlısı budur ki, yerli sakinlər bu hadisəyə şahidlik etdiklərini bildirirlər. Bina barədə iddialara bununla bitmir. İddialara görə, binada heç kim yaşamasa da, gecələr oradan səslər gəlir.

Bu səslərin vaxtilə orada yaşamış və həyatını itirən iki qardaşa aid olduğu irəli sürülür. İddialar sakinlərin binaya marağını artırıb.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR