Azərbaycanlı futbolçunun bu hərəkəti hər kəsi kövrəltdi -

Xəbər verdiyimiz kimi, Azərbaycan Premyer Liqasının VI turunda "Qarabağ" və "Qəbələ" matçı baş tutub.

Metbuat.az xəbər verir ki, oyunun sonuncu dəqiqələrində maraqlı anlar yaşanıb. Belə ki, "Qəbələ"nin qapıçısı Nicat Mehbalıyev rəqib komandanın fanatlarının olduğu tribunaya asılmış "İmarət tayfa" üzvü olan şəhidin plakatının əyildiyini görüb. Nicat Mehbalıyev "Qarabağ"ın futbolçusunun zərbəsindən sonra əyilən şəhid plakatını düzəldib.

Onun bu hərəkəti rəğbətlə qarşılanıb. Matçdan sonra "Qarabağ"ın azarkeşləri Nicat Mehbalıyevə təşəkkür ediblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR