AFFA Lənkəran klubuna dəstək göstərəcək

AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov bu gün Lənkəran şəhərinə səfərə gedib.

Metbuat.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, futbol veteranları Samir Əliyev və Vüqar Nadirovun da iştirak etdiyi səfər çərçivəsində Lənkəranda fəaliyyət göstərən müxtəlif aşağı yaş qruplarından ibarət komandaların üzvləri ilə Lənkəran Olimpiya İdman Kompleksinin meydanında görüş keçirilib, onlara AFFA-nın adından futbol geyimləri və toplar təqdim edib.

İcraçı vitse-prezident uşaqlarla söhbətləşib, liqalarda iştirak edəcək oyunçulara uğurlar arzulayıb. Uşaq komandalarının üzvlərinin, məşqçilərin, Elxan Məmmədov, Samir Əliyev və Vüqar Nadirovun iştirakı ilə simvolik olaraq oyun keçirilib.

Məmmədov həmçinin "Xan Lənkəran" Futbol Klubunun nümayəndələri ilə də görüşüb. Görüşdə klubun fəaliyyəti və gələcək planları barədə AFFA rəhbərliyinə məlumat verilib.

Qeyd olunub ki, cari mövsümdən etibarən komanda bütün hüquqi prosedurlar yerinə yetirildikdən sonra Region Liqasında iştirak edəcək. Məmmədovun sözlərinə görə, kluba liqada iştirakı üçün AFFA müəyyən dəstək göstəriləcək.

"Xan Lənkəran"ın nümayəndələri görüşün keçirilməsinə və dəstəyə görə quruma təşəkkür edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR