Daha 4 qazi müalicə üçün Türkiyəyə göndərilib

Ağır yaralanan daha 4 qazi “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilib.

Fonddan Metbuat.az-a verilən məlumata görə, Əkbərov Xəyal Hüseyn oğlu, Məmmədov Azər Arif oğlu, Əliyev Kamran Yasir oğlu və Duniyev Kamil Əlibala oğlunun müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdiriləcək. Fond qazilərin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq. Fond tərəfindən həkim rəyi əsasında ağır yaralı olan qazilərin müalicə üçün xaricə davamlı şəkildə göndərilməsi təmin edilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR