Avropa yeni böhranın astanasında:

İngiltərədə sürücü çatışmazlığı ilə bağlı yaranan yanacaq böhranı bütün Avropaya təsir göstərə bilər.

Metbuat.az xəbər verir ki, Polşa artıq böhranın astanasındadır. Almaniyada olan vəziyyət də o istiqamət üzrə gedir. Almaniyada yanacaq daşıyan yük maşınlarının ildə 30 min sürücüsü təqaüdə çıxır. İşə qoşulanların sayı isə 15 mindir. Məlumata görə, sürücülər məvacibin az olduğunu irəli sürərək, bu işdən imtina edirlər.

Qeyd edək ki, Böyük Britaniyada oxşar vəziyyət yanacaqdoldurma məntəqələrinə yanacaq çatışmazlığına səbəb olub. Bəzi yanacaqdoldurma məntəqələri bağlanıb. Hökumət problemi ordunun köməyi ilə həll etməyə çalışır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR