"Böyük axmaqlıqdır" -

İsrailin Rusiyadakı səfiri Aleksandr Ben Zvi İsrail hərbçilərinin Qarabağda olması ilə bağlı İranın iddialarını "böyük axmaqlıq" və fantaziya adlandırıb.

Metbuat.az xəbər verir ki, bu barədə "RİA Novosti" agentliyi məlumat yayıb.

"Düşünürəm ki, bu, böyük bir axmaqlıqdır, çünki Qarabağ bölgəsindən danışırıqsa, orada həm rus, həm də türk hərbçilər var. Onlarda hansısa fantaziyalar var və bəlkə də deyə bilərlər ki, marslılar da oradadırlar", - deyə o qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR