Türkiyə yeni SİLAHINI ƏRSƏYƏ GƏTİRİR:

“Türkiyə quruda hərəkət edən pilotsuz aparatların testini həyata keçirir. Sualtı qayıqlarla bağlı da belə layihə var”.

Metbuat.az xəbər verir ki, Türkiyə Müdafiə Sənayesi naziri İsmayıl Dəmir belə açıqlama verib. O bildirib ki, quruda, suda və havada hərəkətə edən pilotsuz aparatlar hamısı bir-birinə uyğunlaşdırılmalıdır.

“Məqsəd görünmədən görmək, vurulmadan vurmaqdır” deyən İsmail Dəmir, Türkiyənin gəmilərdən İHA və SİHA-lar uçurmasının dünyada ilk olacağını ifadə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR