Tehran ağılsızlıq edib müharibəyə getsə ordudakı azərbaycanlılar... -

“İran ağılsızlıq edib Azərbaycanla müharibəyə şərait yaratmaz. Çünki Tehran yaxşı başa düşür ki, İran ordusunun təqribən əlli faizə qədəri İranda yaşayan Azərbaycan türklərindən təşkil olunub. Hətta, ordu elitasında da yüksək rütbəlilər arasında azərbaycanlılar var. Ümumiyyətlə, Azərbaycanla mümkün ola biləcək müharibə ehtimalı İranın özünün içərisinə sürətli parçalanmaya səbəb ola bilər”.

Bu açıqlamanı Metbuat.az-a politoloq Samir Hümbətov edib. Onun sözlərinə görə, İranın düşünülməmiş gedişləri, təkcə Azərbaycana aid Cənubi Azərbaycan şəhərlərində deyil, paytaxt Tehranın özündə belə çox ciddi qarşıdurmalara səbəb ola bilər. Samir Hümbətov onu da qeyd etdi ki, bu baş verəcəyi təqdirdə İran bir deyil, bir neçə hissəyə parçalana bilər.

“Bu mənada İran hakimiyyətinin bu qədər ağılsız addımlar atacağını gözləmirəm. Son zamanlar baş verən hadisələr İranın qısqanclığı kimi şərh olunur. İran İkinci Qarabağ müharibəsində arxa planda qaldığı üçün birbaşa olaraq özünün nəfəssiz qalmamasından dolayı xaricə çıxış yolları axtarmağa başlayıb. Bildiyiniz kimi, ABŞ konqresində erməni və yəhudi əssili deputatlar çoxdur. İranın da ağlına Ermənistandan istifadə edərək, ABŞ-ın qoyduğu sanksiyaları qaldırmaq məsələsində kömək edəcəyi fikri gəlib. Bu yolla İran həm də öz hegemonluğunu və gücünü qorumağa çalışır’’.

- 44 günlük müharibədən sonra əliboş qalan İran, atdığı bu nizamsız addımlar ilə Zəngəzur dəhlizindən pay güdür, yoxsa Altılı platformadan xəbərsizdir?

“Bildiyiniz kimi, Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğanın təqdim etdiyi Altılı platformada, İranın da yeri var. Əgər İran düşünürsə oyundan kənar olacaqdır bu mümkün və inandırıcı deyil. Hesab edirəm ki, İran istəyir ki, Azərbaycanla-Türkiyə arasında Zəngəzur dəhlizin açılmasın. Reallıqda isə İran məcbur olub, Azərbaycanın maraqları ilə barışmalıdır. Bu gec-tez olsa da baş verəcəkdir. İranın atdığı addımların ziyanını onlar özləri görə bilərlər. Çünki Azərbaycanın güclü dövlət quruculuğu və iqtisadiyyatı var. İrandan asılı olmayan bir dövlət kimi, qərarlarının da Azərbaycan arxasındadır. 40 milyona yaxın Azərbaycan türkünün yaşadığı İran ərazisində Azərbaycana qarşı sərt reaksiyalar öz daxili siyasətində problemlərə səbəb ola bilər”.

Gülbəniz Hüseynli / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR