Azərbaycan XİN Pakistana başsağlığı verib

Azərbaycanın Xarici İşlər Nazirliyi baş vermiş zəlzələ ilə bağlı Pakistana başsağlığı verib.

Metbuat.az xəbər verir ki, başsağlığı ilə bağlı yazı nazirliyin rəsmi tviter səhifəsində paylaşılıb.

“Pakistanın Bəlucistan vilayətində zəlzələnin baş verməsi ilə bağlı xəbər bizi dərindən kədərləndirdi. Təbii fəlakət qurbanlarının ailələrinə dərin hüznlə başsağlığı verir, xəsarət alanların tez bir zamanda sağalmasını arzulayırıq. Zəlzələnin fəsadlarının aradan qaldırılmasında qardaş Pakistan dövlətinin yanındayıq”, - paylaşımda qeyd edilib.

Xatırladaq ki, Pakistanın cənub-qərbində rixter cədvəli üzrə 5,7 bal gücündə zəlzələ nəticəsində 20 nəfər həyatını itirib, 200-dən çox yaralı var.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR