Sərnişinlərin həyatını riskə atan avtobuslar:

142 və 156 nömrəli müntəzəm marşrut avtobusuları sərnişinlərin həyatı üçün təhlükə yaradır.

Metbuat.az-ın qaynar xəttinə daxil olan məlumata görə, hər iki nəqliyyat vasitəsinin arxa fənərləri işləmir, tamamilə yararsız vəziyyətdədir. Nəzərə alsaq ki, bu marşrut vasitələri sərnişinlərin müntəzəm istifadə etdikləri avtobuslardır. Təhlükəsizliyinin təmin olunmadığı belə hallar, xüsusilə də tıxacdan hərəkətin iflic olduğu yollarda sərnişinlərin həyatını riskə atmaq deyilmi?

Maraqlıdır, gün ərzində yüzlərlə sərnişin daşıyan bu avtobuslar xəttə buraxılmamışdan öncə yoxlanılırmı?

Suallarımıza cavab tapmaq üçün Bakı Nəqliyyat Agentliyi ilə əlaqə saxlasaq da, qurum bununla bağlı açıqlama vermədi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR