Valideynləri xərçəngdən öldü, arvadını boşayıb, gimnastla eşq yaşadı -

Bu gün Rusiya Federasiyasının prezidenti Vladimr Putinin ad günüdür. Putin doğum günü - 7 oktyabrda iş gününü planlaşdırıb.

Metbuat.az TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.Peksovun sözlərinə görə, Rusiya lideri bu günü yaxınları ilə birlikdə qeyd edəcək. 69 yaşı tamam olan Rusiya liderinin həyatında maraqlı faktlar çoxdur.

Metbuat.az bu barədə məlumatı təqdim edir:

1) Putin hər iki valideynini xərçəng xəstəliyindən itirib. O ailənin üçüncü oğlu olub. Ondan əvvəl doğulan iki qardaşı uşaq yaşlarında xəstəlikdən ölüblər.

2) Vladimir Putin bu gün çatdığı məqamına görə hüquq professoru Anatoli Sobçaka borcludur. Sobçak Leninqrad (Sankt-Peterburq) Universitetində Putinin müəllimi olub. Sovet İttifaqı dağıldıqdan sonra isə onu əvvəl universitetə çağırıb. Sonra da Sankt- Peterburqun meri olanda Putini müavini təyin edib. O, daima Putinə məsləhət verməkdə davam edib.

3) Putin, səhər yeməyindən sonra idmanla məşğul olur. Velosiped və qaçışı sevmir. Hobbisi ağırlıq qaldırmaqdır.

4) Putin səhərlər yeməyində əsasən, yumşaq ağ pendirə üstünlük verir. Bəzən omlet və ya yulaf lopası yeyir. Əhvalı yaxşı olanda bildirçin yumurtası yeyə bilər. Hər şeyin çox təzə olması şərtdir. Bütün yeməklər Rusiyanın dörd bir yanındakı kəndlərdən göndərilir.

5) Rusiya liderinin ən böyük qorxusu zəhərlənməkdir. Xarici səfərlər zamanı oteldə təxminən 200 otaq tutulur. Kəşfiyyat xidməti lazımi yoxlamaları bir ay öncədən aparır. Döşəkağılar və hamam dəstləri Rusiyadan xüsusi və möhürlü şəkildə aparılır. Otağa yalnız şəxsən dövlət başçısı girə bilər. Səfərlər zamanı aşpazlarla bərabər ofisiantlar və təmizlik xidmətçiləri də gedir.
6)Putinin iş otağında stolun üzərində nə kompyuter, nə də televizor olur. Dövlət nümayəndələri stolun ətrafına toplanaraq ölkə başçısını məlumatlandırırlar. İclas zamanı müasir texnologiya deyil, Sovet dönəmindən miras qalan prinsiplərdən və qayda-qanundan istifadə edilir.


7)Deyilənə görə Putin, özü ilə bağlı olan gülməli videoları maraqla izləyir.

8) Putin şənbə və bazar günləri də işləyir. Stalindən sonra ən çox işləyən lider olduğu deyilir. Həmçinin Rusiyanı ən çox gəzmiş dövlət başçısıdır.

9)Putin Moskva tıxaclarını nəzərə alaraq Kremlə bir çox hallarda helikopterlə uçur. Prezident helikopteri üçün Kremldə xüsusi meydança da hazırlanıb. Sürəti saatda 250 kilometrdir. Qiyməti 8 milyon 200 min dollara yaxındır.

10) Həyat yoldaşı Lyudmilla ilə 2014 cü ildə boşanıb. Lyudmilanın hazırki əri Artur Oçeretnıy isə artıq uzun illərdir ki, eks-birinci ledinin himayədarlıq etdiyi Şəxsiyyətlərarası Əlaqələrin İnkişafı Mərkəzinə rəhbərlik edir. Artur Lyudmiladan 20 yaş kiçikdir. Lyudmila Putin ilə xatirələrinin birini danışarkən belə qeyd edir:

"Xatırlayıram ki, bir dəfə metroda durmuşam. Vladimir Vladimiroviçin gecikməsini ilk 15 dəqiqə normal qarşılayıram. İlk yarım saat da normal keçir. Lakin görüş vaxtından 1 saat keçib, o isə hələ yoxdursa, sadəcə oturub ağlayırdım. Saat yarımdan sonra isə artıq heç bir emosiya hiss etmirsən.Vladimir Vladimiroviç yaxınlaşanda heç zaman mübahisə etmirdim. Gözlədiyin saat yarımlıq zaman kəsiyində o qədər hiss yaşayırsan ki, emosiya göstərməyə heç bir güc qalmırdı. Odur ki, Vladimir Vladimiroviç məni yorurdu, məni yormaqla qalib gəlirdi. Gecikməyini isə həmişə məsuliyyətlə yanaşdığı işi ilə əlaqələndirirdi. Şəxsi həyatda isə arxayınlaşırdı. Başqa harada rahatlaşsın ki?".

11) Putinin indiki həyat yoldaşı Alina Kabayeva müsəlman ailəsində doğulub.Belə ki, səbəbkarlar ciddi-cəhdlə bu evliliyi gizlətməyə çalışsalar da Rusiyada hər kəs onların birgə yaşadıqlarını bilir. Kabayevanın anası rus əsilli Lyubov Mixaylovna xristian dininə etiqad etsə də, atası Marat Vazıxoviç Kabayev əslən tatar olub. Elə Kabayevanın özü də müsəlman ölkəsi olan Özbəkistanın Daşkənd şəhərində anadan olub. Kabayevanın atası hazırda da Daşkənddə yaşayır.

Alina Kabayeva isə əvvəllər 3-4 il bədii gimnastika ilə məşğul olduqdan sonra buz üstündə konkisürmə üzrə bir neçə qələbə qazanıb və 2 dəfə ”Şöhrət“ ordeni ilə təltif olunub. Rus mətbuatı iddia edir ki, Alina Putinin üç övladını dünyaya gətirib.

Gülbəniz Hüseynli / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

Loading...

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR