Bir çoxumuz vampirlərin real olmadığını iddia edə bilərik. Qədim dövrlərin hekayələri təəccüblü şəkildə oxşar olsa da, bizim üçün məntiqsiz görünür. Amma deyəsən bu sirr pərdəsi də çözülməyə başlayıb.
Metbuat.az xəbər verir ki, araşdırmalar zamanı bəlli olub ki, vampirlərin mövcudluğu "eritropoetik protoporfium (EPP) " adlı qan xəstəliyi ilə əlaqəlidir. Bu gün, EPP olan insanlara günəşin pik saatlarında çölə çıxmamaları tövsiyə olunur. Hətta bu insanlara qan köçürülür. Orta əsrlərdə və qədim zamanlarda müasir təbabətə öncülük edən cəmiyyətlər ehtimal ki, bu xəstəlikdən xəbərsiz idilər və fövqəltəbii olduğuna inanırdılar.
Təbii ki, o vaxt bu xəstəliyi olan insanların gündüz işığından qaçıb gecələri ehtiyac duyduqları qan əlavələrini axtarmaları normal idi. ABŞ Milli Elmlər Akademiyasının “Proceedings” nəşrində dərc edilən araşdırmasında qeyd olunur ki, yeni kəşf edilən genetik mutasiyanın EEP-dən asılılığı var.
Beləliklə, vampir mifinin arxasındakı bioloji mexanizm ortaya çıxır. Yəni araşdırma onu deməyə əsas verir ki, vampirlər gerçəkdir hətta bu xəstəlik ilə olduqca çətin vəziyyətlərdə mübarizə aparan xəstə insanların mövcuddur.