Evli qadınla “isti yuva qurmaq” istəyən

Sumqayıtda qeyri-adi hadisə baş verib.

Metbuat.az İTV-yə istinadən xəbər verir ki, evli qadın sevgilisi ilə evlənmək və birgə yaşamaları üçün ev alması üçün ona 16 min manata yaxın pul verib.

Daha sonra evdən oğurluq edilməsi səhnəsi yaradıb və polisə şikayət edib. Qadından pulu alan “Məcnun” yoxa çıxıb.

Evli qadınla Nəsimi rayon sakini Elnur Alıyev arasında sevgi münasibətləri bir müddət əvvəl başlayıb. E.Alıyev ailəli olan sevgilisinə onunla evlənəcəyini vəd edib və birlikdə yaşamaları üçün mənzil lazım olduğunu bildirib.

Məşuquna inanan qadın ona əvvəlcə 12 min 500 manat, sonra isə 3 min 500 manat dəyərində qızıl verib. 16 min manata yaxın pulun yoxa çıxmasından evdəkilərin şübhələnməməsi üçün cütlük plan hazırlayıb.

Təklifi Elnur Alıyev verib. O, sevgilisinə pul və qızılların oğurlanması ilə bağlı hüquq-mühafizə orqanlarına yalan məlumat verməli olduğunu deyib.

E.Alıyev verdiyi məsləhətdən sonra yoxa çıxıb. Qadın evi dağınıq vəziyyətə gətirərək, guya evdən oğurluq edilməsi səhnəsi yaradıb. Bundan sonra qadının ailəsi oğurluq barədə polisə məlumat verib.

Hadisə yerinə gələn polis əməkdaşları müayinələr aparıb, əl, barmaq izləri götürüb, zərərçəkən və şahid ifadələri alınıb. Evin xanımının çaşqın ifadələri müstəntiqin diqqətini çəkib. Verilən suallara cavab tapa bilməyən qadın pul və qızıllarını Elnur Alıyevə verdiyini etiraf edib, dələduzluğa məruz qaldığını deyib.

Qadını “isti yuva qurmaq” adı ilə aldadıb, pullarını alaraq yoxa çıxan E.Alıyev saxlanılıb. O, ifadəsində bildirib ki, sevgilisinin evli olmasından xəbərsiz olub.

Faktla bağlı araşdırmalara başlanılıb.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR