Astarada  ağırtonajlı maşın aşıb

00:07 19 Yanvar 2015
120 Digər
Ölkə mətbuatı
A- A+

[ 19 Yanvar 2015 00:04 ]


Astara. Ağəddin Babayev – APA. Azərbaycanın Astara rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

Astara Rayon Polis Şöbəsinin (RPŞ) Dövlət Yol Polisi Bölməsinin müfəttişi İlqar Rəhimzadənin APA-nın cənub bürosuna verdiyi məlumata görə, hadisə yanvarın 18-də saat 21.40 radələrində Ələt-Astara magistralının 233-cü kilometrliyində, yolun rayonun Ərçivan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Kürdəmir rayon sakini, 1987-ci il təvəllüdlü Taleh İsmayıl oğlu Zalovun idarə etdiyi “MAN” markalı ağırtonnajlı yük maşını Astara rayon sakini, 1985-ci il təvəllüdlü İsrafil Eynulla oğlu Qasımovun idarə etdiyi “VAZ-2106” markalı minik avtomobili ilə toqquşub.

Yük maşını zərbədən idarəetməni itirərək aşıb. Sürücü Taleh Zalov yüngül xəsarət alıb.

“VAZ-2106”-nın sürücüsü isə xəsarət almayıb.

 

Qəzadan sonra magistral yolda təxminən yarım saat nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Hadisə yerinə gələn yol polislərinin müdaxiləsi sayəsində yolda hərəkət bərpa olunub.

 

Faktla bağlı Astara Rayon Polis Şöbəsində araşdırma başlanıb.

 

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR