​ABŞ-ın atom sualtı qayığının qəzaya uğraması

ABŞ-ın atom sualtı qayığının Cənubi Çin dənizində naməlum obyektlə toqquşması nəticəsində 15 nəfərin yaralandığı məlum olub.

Metbuat.az xəbər verir ki, onların həyatı üçün təhlükə yoxdur. Bildirilir ki, qəza zamanı gəminin mühərrik hissəsinə və enerji istehsal edən bölgəsinə zərər dəyməyib. Gəmi ünvana irəliləyir. Məlumata görə, hadisə oktyabr ayının 2-də baş verib.

Bildirilir ki, gəmiylə toqquşan obyektin nə olduğu məlum deyil. Qeyd edək ki, bölgədə Çinin də hərbi qüvvələri var. Tərəflər bir-birilərini intensiv şəkildə təqib edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR