ABŞ Türkiyəyə F-16 satmağa ilkin razılıq verdi

ABŞ Türkiyənin F-16 qırıcıları ilə bağlı müraciətini qəbul edib.

Metbuat.az xəbər verir ki, bu barədə Türkiyə mənbələri məlumat yayıb. Məlumata görə, Dövlət Departamenti Türkiyənin F-16 Lockheed Martin qırıcıları ilə bağlı istəyini təsdiqləyib. Lakin təyyarələrin satılması ABŞ Konqresi də təsdiq etməlidir. Sənədin 10 milyard dollar civarında olduğu bildirilir.

Qeyd edək ki, Türkiyə ABŞ-a 40 ədəd F-16 Block 70 qırıcısı almaq və əlindəki təyyarələrin texniki baxışı üçün müraciət etmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR