Öz qulağını kəsdi, din xadimi kimi çalışdı -

Rəssamlıq deyəndə ağıla gələn ilk isimlərdən biri də Vinsent Villem Van Qoqdur. Çoxlarımız onu XIX-əsrdə yaratdığı əsərləri ilə tanıyırıq. Lakin Van Qoqun təkcə rəssamlığı yox, həm də həyat macərası da olduqca fərqlidir.

Metbuat.az məlumat verir ki, rəssam həyatı boyu psixi xəstəliklərdən, yoxsulluqdan əziyyət çəkib. Bütün bunlar onun əsərlərinə təsir edib. Qoqun əsərlərində əsasən kədər motivləri ön planda olub. Ən əsası isə Van Qoq sağlığında tanınmayıb. O, yaradıcılığı dövründə sadəcə 1 əsər sata bilib. Belə ki, onun tanınmağına səbəb qulağını kəsməsi olub. Hadisənin baş verməsi ilə bağlı bir neçə versiya var:

Birinci versiyaya görə, əslən Niderlanddan olan rəssam sevdiyi qadına sevgisini sübut etmək üçün bu addımı atıb. Raşel adlı həyat qadınını sevən Qoq qulağını kəsərək ona verib və deyib: "Bunu ehtiyatla saxla".

İkinci versiyaya görə, rəssam güzgünün qabağında oturaraq öz portretini çəkmək istəyib. Lakin sağ qulağının baş və üz simmetriyasını pozduğunu görüb. Bundan sonra isə o, qəzəblənərək həmin qulağı dibindən kəsib. Psixoloqlar bu versiyanı daha çox təsdiqləyirlər. Onlar düşünürlər ki, yaradıcı insanlarda belə halların olması mümkündür.

Digər verisiyaya görə, Van Qoqun qulağını onunla bir evdə yaşayan yaxın dostu kəsib. Buna səbəb isə onların eyni xanımı - Raşeli sevməkləri olub.

Eşq həyatı çox kədərli olan rəssam dul qalmış əmisi qızı Keytə vurulub. Sevgisini etiraf ets də, rədd cavabı alıb. Bundan sonra Haaqaya köçüb, orda əyyaş həyat qadını Klasina Maria Hoornikə aşiq olub. Lakin bu sevgi də yarımçıq qalır.

Son nəfəsində dediyi cümləsi "kədər əbədi davam edəcək"

Həyatının son dönəmlərində də yaşadığı problemlər onu gənc yaşlarından ruhi xəstəxanalarda dörd divar arasına salır. Məşhur rəssamın ölümü də müəmmalıdır. Onun intihar etdiyi bildirilir. Belə ki, tüfənglə sinəsinə atəş açıb, yaralı halda xəstənaya gedib. Lakin 29 saatdan sonra vəfat edib. Digər mənbələrə görə isə rəssam öldürülüb. Son nəfəsində qardaşının qulağına pıçıldayaraq kədərin əbədi davam edəcəyini deyib.

Qeyd edək ki, məşhur rəssam Vinsent Villem Van Qoq 30 mart 1853-cü ildə Hollandıyanın Breda şəhəri yaxınlığındakı Qrut-Zundert məntəqəsində anadan olub. 1869-1876-cı illərdə Haaqa, Brüssel, London, Paris kimi şəhərlərdə rəssamlıq müəssisələrində adi satıcı vəzifəsində çalışıb. 1876-cı ildə İngiltərədə müəllim işləyib. Müəyyən dövrlərdə teologiyanı öyrənib, Belçikanın Borinaj şəhərində dini xadim kimi çalışıb. 1880-ci illərdən başlayaraq, təsviri incəsənətlə məşğul olmağa başlayır. Brüssel (1880-1881) və Antverpendə (1885-1886) rəssamlıq akademiyalarında oxuyur, Haaqada dövrünün tanınmış rəssamı A.Mauvedən məsləhətlər alır. Məhz bu məsləhətlər onun gələcək iş üslubuna təsir edir.

Vinsent Van Qoq 10 illik rəssamlıq fəaliyyətində 2100-dən çox rəsm əsərinin rəssamıdır. Onlardan 860-ı yağlı, 1300-dən çoxu isə sulu boya ilə çəkilib. Rəsm əsərlərinin çoxu dünyanın ən bahalı tabloları arasında yer alır. “İrises”(“Süsənlər”) tablosu 53,9 milyon dollara , “Doktor Pol Qaşe” isə 82,5 milyon dollar məbləğində rekord qiymətə satılıb. Van Qoq “Ulduzlu Gecə” əsərini 1889-cu ölümündən 1 il əvvəl çəkib. O, bu gün rəsmləri dünyanın ən bahalı rəsm əsərləri arasında yer alan və incəsənət tarixinin ən vacib rəssamlarından biri olaraq tanınır.

Dahi Ressam Van Gogh Kulağının Bir Parçasını Neden Kesti? - Ekşi Şeyler

IMG-20200802-WA0004

Ulduzlu gecə (ən məşhur əsər)

IMG-20200802-WA0011

kartofyeyənlər tablosu

Van Qoqun ən məşhur əsərləri | Məşhur rəsmlər və rəssamlar | Kayzen

Süsən çiçəkləri


Terrasdakı kafe gecə vaxtı

1890-05 van Gogh At Eternitys Gate anagoria.jpg

Əbədiliyin qapısında


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

Loading...

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR