Türkiyə Norveç maçı bərabər hesabla bitib

DÇ-2022-nin seçmə qrup mərhələsinin VII turuna start verilib.

Metbuat.az xəbər verir ki, G qrupunda yer alan Türkiyə yığması Norveçi qəbul edib. Səfərdə rəqibini 3:0 hesabı ilə məğlub edən türkiyəlilər ev matçına erkən qolla başlayıb. Kerem Aktürkoğlu 6-cı dəqiqədə hesabı açsa da, Kristian Torstvedt 41-ci dəqiqədə status-kvonu bərpa edib.

İkinci hissədə komandaların cəhdlərinə baxmayaraq, hesabı dəyişmək mümkün olmayıb – 1:1. Beləliklə, Kuntz Türkiyə yığmasında “sülh”lə başlayıb.

Qeyd edək ki, bu, Türkiyə yığmasının yeni baş məşqçi Stefan Kuntzun rəhbərliyi altında ilk görüşü olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR