Azərbaycanlı axund Saakaşviliyə açıq məktub ünvanladı

"Əlbəttə hər bir müqəddəs dində olduğu kimi, bizim müqəddəs dinimizdə də, insanın özünə və bədən üzvlərinə əziyyət və qəsd etmək böyük günahlardan hesab olunur".

Metbuat.az xəbər verir ki, belə açıqlamanı din xadimi Axund Hacı Əli Əliyev, eks prezident Mixeil Saakaşviliyə ünvanladığı açıq məktubunda qeyd edib.

Ünvanlanan məktubu olduğu kimi sizə təqdim edirik:

"Bismillahir-rəhmanir-rəhim! Hörmətli, cənab, Saakaşvili!

Mən, Əliyev Əli bir azərbaycanlı və müsəlman olaraq, özümdə böyük bir fəxr və qürur hissi duyuram. Əlbəttə hər bir müqəddəs dində olduğu kimi, bizim müqəddəs dinimizdə də, insanın özünə və bədən üzvlərinə əziyyət və qəsd etmək böyük günahlardan hesab olunur. Biz sizin haqlarınızın tələbini bədən üzvlərinizə əziyyət verməməyə dəvət edirik. Ümid edirik ki, siz öz haqlarınızı Gürcüstan və Avropa qanunlarına uyğun olaraq bərpa edəcəksiniz.

Hörmətli, Mixeil Saakaşvili, siz Gürcüstanın 3-cü Prezidenti olaraq dövlətimizi iqtisadi-siyasi, rüşvətxorluq və cinayətkarlığın artdığı və bütün vətəndaşların ümidi kəsildiyi bir zamanda “Qızılgül” inqlabının gənc bir lideri olaraq, böyük bir çətin məsuliyyəti üzərinizə aldınız. MDB dövlətlərinin içərisində qısa bir zamanda böyük reformları həyata keçirərək, nümunəvi və inkşaf etmiş dövlətə çevirdiniz. Biz bir azərbaycanlı olaraq, özümüzü sərbəst, əmin amanlıqda, bərabər hüquqlu vətəndaş kimi hss etdik. Biz, azərbaycanlılar, vətənmizə, dövlətimizə çox sadiq və etibarlı vətəndaşıq. Tarixdə heç bir zaman dövlətimizə xəyanət edən azərbaycanlı olmayıb, bir azərbaycanlı və müsəlman olaraq bununla fəxr edirəm. Xalqımız hər zaman sizin həm xarici, həm də daxili siyasətinizi dəstəkləyib.

Sizin prezidentlik dövrünüzdə xalqımıza verdiyiniz dəyəri heç bir zaman unutmayacağıq. Əlbəttə, hər bir dövlət rəhbərinin səhvləri olur. Ümid edirik ki, bu səhvləriniz sizin gələcək həyatınızda və fəaliyyətinizdə daha da mükəmməl və müdrik qərarlar verməyiniz üçün bir körpü olacaqdır. Bir daha sizə həyatınızda və siyasi fəaliyyətinizdə uğurlar arzu edirəm. Biz, azərbaycanlıların, sizə olan sevgimizi və dəyərimizi heç zaman yaddan çıxarmayacağınıza inanırıq. Bizim xalqımız sizə ən yaxın və etibarlı dostdur. Uca Allahdan sizə səbr diləyirəm. Amin! Axund; Hacı Əli Əliyev!", - deyə açıq məktubda qeyd olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR