Saakaşvilinin azad edilməsi tələb ilə aksiya keçirilib

Bu gün Gürcüstanın paytaxtı Tbilisi şəhərində həbsdə olan eks-prezident Mixail Saakaşvilinin azad edilməsi tələbilə aksiya keçirilib.

Metbuat.az xəbər verir ki, aksiyada bir neçə yüz adam iştirak edib.

Aksiyaçılar əllərində Gürcüstanın dövlət bayraqları və Saakaşvilinin portretlərini daşıyıb.

Aksiya Gürcüstan parlamentinin deputatı, müxalifətdə olan Qanun və Ədalət partiyasının lideri Tako Çarkvinayinin başçılıq etdiyi "Saakaşvilinin ölkəyə qayıtması üçün xalq hərəkatı" tərəfindən təşkil edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR