Azərbaycan icması Venesiyada aksiya keçirib

Şanlı Qələbəmizlə yekunlaşan Vətən müharibəsinin ildönümündə İtaliyanın Venesiya şəhərindəki Azərbaycan icması ölkəmizin həqiqətlərinin geniş kütlələrə çatdırılması məqsədilə sosial aksiya keçirib.

Metbuat.az xəbər verir ki, Venesiyada yaşayan azərbaycanlılar oktyabrın 10-da şəhərin ən izdihamlı yerlərindən biri olan Rialto körpüsünün yaxınlığında yerləşən S.Bortolomio meydanında keçirilən aksiyada İkinci Qarabağ savaşında Ermənistanın törətdiyi müharibə cinayətlərinə diqqət çəkib, düşmənin Gəncə və Bərdə şəhərlərində dinc əhalini bombalamasını 100-dən çox şəhər sakininə çatdırıblar. Üzərində QR kodlar olan oyuncaqların paylandığı aksiya maraqla qarşılanıb, sakinlərin sualları cavablandırılıb.

Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Venesiyadakı Azərbaycan icması müharibə dövründə də ermənilərin törətdiyi cinayətləri, Ermənistan ordusu və dövlətinin işğal etdiyi torpaqlara və ətraf mühitinə vurduğu ziyanı daha geniş auditoriyaya çatdırmaq üçün Venesiya, Padova, Roma, Siena kimi şəhərlərdə sərgilər və ictimai tədbirlər keçirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR