Bu ölüm-dirim məsələsidir -

"İran nüvə proqramı tarixinin ən inkişaf etmiş mərhələsindədir. İsrail məsuliyyət daşıyır ki, Tehran heç vaxt nüvə silahı istehsal etməsin".

Metbuat.az publika.az-a istinadən xəbər verir ki, bu sözləri İsrailin Baş naziri Naftali Bennet Almaniya Kansleri Angela Merkelin İsrailə səfərinə həsr olunmuş Nazirlər Kabinetinin Qüdsdəki xüsusi iclası zamanı deyib.

Xanım Merkelə müraciət edən baş nazir deyib:

"İsrailin məsuliyyəti İranın heç vaxt nüvə silahına malik olmayacağını sözlə yox, əməldə təmin etməkdir. Belə bir ekstremist və qəddar rejimin əlindəki nüvə silahı bölgənin və dünyanın simasını dəyişəcək. Bizim üçün bu, strateji yox, ölüm-dirim məsələsidir".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR