Türkiyə sərhədində ŞİDDƏTLİ PARTLAYIŞ:

Türkiyə ordusunun nəzarətindəki Suriyanın Afrin bölgəsində şiddətli partlayış baş verib.

Metbuat.az xəbər verir ki, Türkiyə sərhədinə yaxın ərazidə qeydə alınan partlayış nəticəsində azı 5 nəfər həlak olub. 10 yaralı var. Məlumata görə, terror hadisəsi bazarın yaxınlığında törədilib. Məlumata görə, hücum minalanmış avotmobilin partladılması nəticəsində baş verib.

Yerli təhlükəsizlik qüvvələri hadisəni törədən PKK/YPG terrorçularını zərərsizləşdirmək üçün axtarışlara başlayıb. Bölgədə təhlükəsizlik tədbirləri artırılıb.





Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR