Mis ixracı üçün gömrük dərəcələrinin müddəti uzadıldı

Saflaşdırılmış və saflaşdırılmamış mis, mis ərintiləri, mis tullantıları və qırıntılarına tətbiq edilən ixrac rüsumunun dərəcələrinin 2024-cü ilin sonunadək uzadılıb.

Metbuat.az xəbər verir ki, Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barədə”qərarına əsasən, saflaşdırılmış və saflaşdırılmamış mis, mis ərintiləri, mis tullantıları və qırıntılarına tətbiq edilən ixrac rüsumunun dərəcələrinin 2024-cü ilin sonunadək uzadılmasını nəzərdə tutur.

2024-cü ilin sonunadək ixrac rüsumunun dərəcəsi gömrük dəyərinin 10 %-i, lakin 1 tona görə 300 ABŞ dollarından az olmamaqla təsbit olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR