Səmra eyvana alt paltarında çıxdı, qonşusu polisə şikayət etdi -

Tanınmış model Səmra Hüseynova yenə paylaşımı ilə gündəm olub.

Metbuat.az xəbər verir ki, "Miss Azərbaycan"ın qalibi bu dəfə də açıq-saçıq paylaşımı ilə diqqət çəkməyi bacarıb.

Eyvana alt paltarsız çıxan model şəkillərini sosial şəbəkədə paylaşıb.

Model shownews.az-a açıqlamasında deyib ki, qonşuluqda yaşayan orta yaşlı bir neçə xanım çılpaq halda paltar asdığı üçün ondan polisə şikayət edib:

"Ağlıma da gəlməzdi ki, belə şeyə görə şikayət etsinlər. Düşünürdüm ki, qadın həmrəyliyi var. Yox imiş (gülür). Canları sağ olsun. Belə şeyə görə qonşularımdan nə küsərəm, nə də qırğın edərəm. Qonşularımı çox istəyirəm. Bu dəfə məni ancaq büstqaltersiz görüblər, gələn dəfə onlara sürpriz edəcəyəm. Hazır olsunlar", - deyə model kefini pozmayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR