Paşinyan Putinlə görüşü məhsuldar adlandırdı

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinlə danışıqları səmərəli qiymətləndirib.

Metbuat.az xəbər verir ki, Paşinyan deyib ki, görüş əsnasında bir neçə razılaşma əldə olunub.

"Rusiya Prezidenti Vladimir Putinlə görüşdüm. Görüş çox məhsuldar keçdi. Həm ikitərəfli gündəlik, həm də bölgədəki vəziyyəti müzakirə etdik. Əldə olunan razılaşmaları həyata keçirmək üçün təmasları davam etdirəcəyik" deyə Ermənistan Baş naziri tvitter hesabında qeyd edib.

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyanla Rusiya prezidenti Vladimir Putin arasında görüş oktyabrın 12-də baş tutub. Tərəflər Dağlıq Qarabağla bağlı 9 Noyabr 2020 və 11 Yanvar 2021-ci il tarixli bəyanatlarının həyata keçirilməsini, eləcə də sabitliyin möhkəmləndirilməsi və iqtisadi əlaqələrin qurulması istiqamətində atılacaq addımların nəzərdən keçirilməsini planlaşdırıblar.

Gülbəniz Hüseynli / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR