Tanınmış şairin qardaşı bədbəxt hadisə nəticəsində

Lənkəran şəhər Vaqif Əliyev adına 4 nömrəli humanitar təmayüllü məktəb-liseyinin idman müəllimi Mirtağı Nəsirov bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

Metbuat.az xəbər verir ki, hadisə Lənkəranın Şilavar kəndində baş verib. Belə ki, Mirtağı Nəsirov həyətindəki ağacdan qoz dərərkən onu yüksək gərginlikli elektrik cərəyanı vurub.

Qeyd edək ki, Mirtağı Nəsirov tanınmış mərhum şair Əli Nasirin qardaşıdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR