FED istiqraz alışını azaltmaq üçün yollar

Fed istiqraz alışını azaltması üçün müəyyən şərtlər yerinə yetirəcək.

Metbuat.az bloombergə istinadən bildirir ki, ABŞ Federal Ehtiyat Sisteminin (Fed) İdarə Heyətinin sədr müavini Riçard Klarita Beynəlxalq Maliyyə İnstitutunun (IIF) təşkil etdiyi tədbirdə ABŞ-ın iqtisadi dünyagörüşü və pul siyasəti ilə bağlı qiymətləndirmələri zamanı deyib ki, ümumi iqtisadi fəaliyyətdə olduğu kimi əmək bazarında vəziyyət yaxşılaşdırılmalıdır.

Covid-19 epidemiyası ilə əlaqəli faktorların məşğulluğa təzyiq göstərməyə davam etdiyinə işarə edən Klarida onu da vurğulayıb ki, virusun davam etmə müddəti iqtisadiyyata təsir etməklə bərabər əmək bazarına da ciddi təsir edir. Fed -in sentyabr iclasında maksimum məşğulluq və qiymət sabitliyi hədəfləri istiqamətində əldə edilən irəliləyişləri müzakirə etməyə davam etdiyini ifadə edən Klarida, qiymət artımına nəzarət edə bildikləri üçün artıq hədəflərinin bir qisminə çatdığını da ifadə edib.

Qeyd edək ki, sentyabr ayına olan proqnozda ABŞ-da inflyasiyanın 2021-ci ilin avqust ayında ötən ilin avqust ayı ilə müqayisədə 5,3%, iyul ayı ilə müqayisədə isə 0,4% artacağı gözlənildiyi bildirilmişdi. İnflyasiya iyulda illik 5,4%, aylıq 0,5% artmışdı. Baza inflyasiyanın isə illik 4,2%, aylıq 0,3% artacağı proqnozlaşdırılır. İyulda baza inflyasiya illik 4,3%, aylıq 0,3% artmışdı.

Gülbəniz Hüseynli / METBUAT.AZ



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR