AFFA rəsmisi "Ayaks" - "Borussiya" oyununa təyinat alıb

AFFA-nın futzal üzrə koordinatoru Zaur Hacı-Məhərrəmov UEFA-dan növbəti təyinat alıb.

Metbuat.az xəbər verir ki, Zaur Hacı-Məhərrəmov Niderlandın “Ayaks” və Almaniyanın “Borussiya” (Dortmund) komandaları arasında Gənclər Liqasının C qrupunun III tur oyununda UEFA nümayəndəsi olacaq.

Xatırladaq ki, qarşılaşma oktyabrın 19-da baş tutacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR