Paşinyan Moskvadan PEŞMAN QAYITDI:

"Ermənistan Baş naziri Nikol Paşinyanın V. Putinlə görüşündə "Dağlıq Qarabağ münaqişəsi" bitməyib deməsi, bunun müqabilində aldığı cavab artıq Yerevanın "status"la bağlı və bitmiş münaqişəni masaya gətirmək cəhdləri uğurlu olmayacaq".

Bu açıqlamanı Metbuat.az-a politoloq Məhəmməd Əsədullazadə verib. Onun sözlərinə görə, əgər, Rusiyada Ermənistanın bu mövqeyini dəstəkləsəydi təbii ki, Azərbaycan və Rusiya arasında ciddi şəkildə diplomatik problem yarana bilərdi. Müsahibimiz bildirdi ki, Rusiya tərəfi bununla razılaşmadı. Putin gələcəkdə sülh və əməkdaşlığı Paşinyana xatırlamaqla bu mövzuya son qoydu.


"N. Paşinyan bununla daxili siyasətdə Rusiyanı etimadını zəiflədəcək və dediyi sözlər birbaşa Kremli Ermənistan üçün etibarsız müttəfiq kimi xarakterizə edəcək. Ümumiyyətlə, Rusiya Ermənistanın mövqeyi ilə Qarabağ danışıqlarını aktual edə bilməz və burada Yerevanın deyil, Bakının mövqeyi əsasdır. Ona görə də Moskvaya əlavə problem onun Qarabağda sülhməramlı missiyasına zərbə vura bilər. Demək olar ki, N. Paşinyan Rusiya səfərində Qarabağla bağlı istədiyini Kremldən ala bilmədi. Müəyyən qaz güzəşti və hərbi yardımlarla Kreml öz şərtlərini N. Paşinyana diqtə etdi".

M.Əsədullazadə onu da qeyd etdi ki, bu görüşdə Zəngəzur dəhlizinin açılmasının vacibliyi də danışıqlar predmeti olub. Politoloq bildirdi ki, Rusiya FTX bu dəhlizə nəzarət edəcək. Artıq Rusiya tərəfi Türkiyə ilə danışıqlarında bu dəhlizin açılmasın razılıq verib. Növbəti görüş V. Putinin vasitəçiliyi ilə prezident İlham Əliyev və N. Paşinyan arasında olacaq.

Gülbəniz Hüseynli / METBUAT.AZ



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR