"Ya vaksinasiya olmalıyıq, ya da hər yer bağlanmalıdır" -

Xəbər verdiyimiz kimi, Yusif Məmmədəliyev adına Sumqayıt şəhər 31 nömrəli tam orta məktəbin 9 b sinif şagirdi Əsgərov Kamil İslam oğlu oktyabrın 5-də özünü pis hiss edib və həmin gündən məktəbə gəlməyib. Oktyabrın 6-da Sumqayıtda xəstəxanaya yerləşdirilən məktəbli sonradan Bakıda klinikalardan birinə göndərilib. Aparılan müalicə tədbirlərinə baxmayaraq Kamil Əsgərov xəstəxanada vəfat edib.

Metbuat.az xəbər verir ki, baş verən hadisə ilə bağlı cəmiyyət arasında məktəblərin açılmasını səbəb olaraq görənlər heç də az deyil. Bu barədə təhsil eksperti Kamran Əliyev açıqlama verərək bildirib ki, hər kəs arqumentində haqlıdır. Amma yoluxma məktəbdə yox, məktəbə qədər baş verir.


"Əlbəttə ki, bir çoxu buna görə məktəbi, təhsili günahlandırır. Deyirlər ki, məktəblər açılmasa idi, bu hal olmazdı. Ölkədə bütün xidmət sektoru, ictimai iaşə obyektləri, kafe və restoranlar işləyir, amma biz günahkar olaraq məkətəbi görürük. Qeyd etmək istəyirəm ki, hər gün koronavirusdan vəfat edənlər olur və onlar təhsil ilə bağlı deyillər. Əlbəttə ki, onların da vəfatından kədərlənirik. Çağırışlar edilir ki, məktəblər bağlansın. Əgər bu ediləcəksə, yenədə nəyəsə nail olmaq mümkün deyil".

Ekspert onu da qeyd edib ki, hər kəs, harada olmasından asılı olmayaraq, pandemiya dövrünün qaydalarına riayət etməlidir.

"Hər kəs vaksinasiyada iştirak etməlidir. Çünki biz virusdan yalnız vaksinasiya olunaraq xilas ola bilərik. Ya da ölkədə tam şəkildə sərtləşdirilmiş karantin rejimi tətbiq edilərək, bütün sahələri bağlamaq lazımdır. Vəfat edən şagirdimizin yaxınlarına başsağlığı verirəm, Allah səbr versin".

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR