Çavuşoğlu ABŞ və Rusiyanı İTTİHAM ETDİ:

“Son hücumlara görə Rusiya və ABŞ-ın da üzərinə məsuliyyət düşür. ABŞ sadəcə nümayiş üçün hadisəni qınadı. Bu silahları elə sən vermisən”.

Metbuat.az xəbər verir ki, Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu belə açıqlama verib. O bildirib ki, Suriya ilə bağlı Türkiyəyə edilən vədlər yerinə yetirilməyib. Diplomatın sözlərinə görə, Fərat Qalxanı əməliyyatı başlayandan sonra ABŞ və Rusiya ilə razılaşma əldə edilib. Lakin razılaşmanın şərtlərinə əməl edilməyib. Çavuşoğlu bəyan edib ki, Türkiyə bu məsələdə lazımi addımları özü atacaq.

Qeyd edək ki, PKK/YPG terrorçularının son hücumu nəticəsində Suriyada iki türk polisi şəhid olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR