SON DƏQİQƏ: İranlı agentlər həbs edildi -

Türkiyə Milli Kəşfiyyat Təşkilatının keçirdiyi əməliyyat ilə 2-si iranlı agent olmaqla 8 nəfər saxlanılıb.

Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, İrandan gələn agentlər Vanda yaşayan keçmiş iranlı əsgəri qaçırmağı planlaşdırıb. Əsgərin İrana qaçırılması üçün 30 min dollar büdcə ayrılıb. Onlar bu büdcə ilə türkiyə vətəndaşlarının da iştirakı ilə dəstə qurublar.

Agentlərin təlimatları ilə hərəkət edən dəstə üzvlərindən keçmiş iranlı hərbçinin və onun həyat yoldaşının İrana qaçırılması tələb olunub. Dəstə üzvlərinə xəbərdarlıq edilib ki, təlimata uyğun hərəkət etməsələr onların İranda yaşayan ailələrinə zərər veriləcək.

Ötən ay türk kəşfiyyatı və polisi keçmiş hərbçini qaçırmaq üçün onun evinə soxulmağa hazırlaşan dəstə üzvlərini həbs edib. Sentyabrın 24-də həyata keçirilmiş əməliyyatın detalları isə indi açıqlanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR