Qanda xolesterolu salan preparat və qidalar -

Xolesterol (və ya xolesterin) əsasən qaraciyərdə sintez olunan lipiddir (piyə oxşar maddə). Bu piyə bənzər maddə qanda normadan çox olduqda, damarların divarlarını tutur, daraldır və yapışqanlı edir. Nəticədə ürək və beyinə qan dövranı pozulur.

Qanda xolesterolun səviyyəsi daim 5 mmol/l yuxarı olduqda, ürək-damar sistemi xəstəliklərinin inkişafı riski ciddi şəkildə artır.

Qanda xolesterolun səviyyəsinin artmasının əsas səbəbləri arasında:

• azhərəkətli həyat tərzi

• artıq çəki, piylənmə

• qidalanmada yağların çox olması

• siqaret çəkmək

• spirtli içki qəbulu

• bəzi xəstəliklər (şəkərli diabet, böyrək, qaraciyər, qalxanvari vəzi xəstəlikləri).

Qanda xolesterin sadə bir analizlə asanlıqla təyin olunur.

Azərbaycanda daha çox orta yaşlı kişilərdə rast gəlinən yüksək xolesterolu dərmansız salmaq üçün nələr etmək lazımdır?

Metbuat.az medicina.az-a istinadən xəbər verir ki, Almaniya “Beynəlxalq Humanitar Tibbi yardım” təşkilatının Azərbaycan üzrə rəhbəri, Amerika MİR humanitar tibbi cəmiyyətinin rəhbəri, professor Ağabəy Azərbaycaninin xolesterola qarşı tövsiyə etdiyi müalicə sxemini təqdim edir. Professor bu sxemə 3 ay riayət etdikdə, qanda xolesteroldan xilas ola biləcəyimizi deyir.


Gündəlik bu vitaminlər, qida əlavələri və bitkilər qəbul edilməlidir:

B 3 vitamini – nikotin turşusu – 50 mq hər gün

Beta Sitosterol - 1000 mq hər gün

EPA+DHA (balıq yağının miqdarları) birləşməsindən ibarət balıq yağı - hər gün 1000 mq

Xrom – 200 mq

Maqnezium qəbulu – 200mq

Potent poly - ən güclü vitaminlər –C, D, E, B5 və s.

Hər gün 25 qram çovdar çörəyi yemək

Qırmızı düyünün mayası 1200 mq və Q10 preparatı – 50 mq

Gündə 2 dəfə sarımsaq – 300 mq

Guggul bitkisi – 75 mq

Ənginar ekstraktı – 1000 mq

Yaşıl çay içmək

Əlavə olaraq aktiv həyat, yürüyüş, idman, yuxu rejimi, təmiz havada olmaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR