Şəhəri qatı duman bürüdü, hərəkət iflic vəziyyətə düşdü -

Rusiyanın Yekaterinburq şəhərində torf bataqlığının yanması nəticəsində havada zərərli maddələrin çəkisi artıb.

Metbuat.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi Yekaterinburqda 120 hektar sahədə yanan torf bataqlığı səbəbindən şəhəri qatı dumanın bürüdüyü xəbərdarlıqını edərək, bu səbəbdən vətəndaşlara ehtiyac olmadığı təqdirdə küçəyə çıxmamağı məsləhət bilib. Yol polisi, güclü duman və görmə qabiliyyətinin sıfır olması səbəbindən Yekaterinburq dairəvi yolunun bir hissəsində, nəqliyyatın vəziyyətinin iflic duruma düşdüyü barədə açıqlama yayıb. Ərazidə fəaliyyət göstərən məktəblər distant təhsil sisteminə keçiblər.

Həkimlər sakinlərə uzun müddət açıq havada olmamağı, xüsusən səhər tezdən pəncərələri açmamağı, daha çox maye qəbul edib, gözlərini, burnunu və boğazını yumağı, kondisioner sistemlərindən, maskalardan və respiratorlardan istifadə etməyi məsləhət görüblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR