Türk ordusundan PKK-ya ağır zərbə: Çox sayda silahlı məhv edildi

Son 5 gün ərzində Suriyanın şimalında 16 PKK terrorçusu məhv edilib.

Metbuat.az xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Nazirliyi açıqlama yayıb. Açıqlamaya görə, Fərat Qalxanı əməliyyat bölgəsində 13, Barış Pınarı hərəkat bölgəsində isə 3 terrorçu məhv edib.

Qeyd edək ki, iki türk polisinin şəhid olmasından sonra türk qüvvələri antiterror əməliyyatlarını intensivləşdirib. Türkiyə ordusunun bölgədə irimiqyaslı əməliyyata başlayacağı bildirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR