Tbilisidə Saakaşvilinin tərəfdarları aksiya keçirir -

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin azad olunması tələbi ilə Tbilisidə aksiya keçirilir.

Metbuat.az xəbər verir ki, aksiyada minlərlə şəxs iştirak edir. Daxili İşlər Nazirliyinin xüsusi təyinatlıları qabaqlaıcı tədbir kimi Rustaveli prospektində parlamentin və Tələbə Gənclər Sarayının həyətinə toplaşıb.

Aksiyada ölkənin hər yerindən tərəfdarların iştirak etdiyi bildirilir. Təşkilatçı “Vahid Milli Hərəkat” müxalif partiyasıdır.

Qeyd edək ki, Mixail Saakaşvili artı1 2 həftədir həbsdədir. O, özünü siyasi məhbus hesab edir və aclıq aksiyası keçirir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR