Sumqayıtda yaşayış binasında yanğın -

Sumqayıtda yaşayış binasında yanğın olub.

Metbuat.az FHN-ə istinadən xəbər verir ki, beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 50 m² olan mənzilin yanar konstruksiyaları 16 m² sahədə yanıb.

Yüksək temperaturdan lambirindən ibarət tavan 7 m² sahədə və 1 ədəd plastik qapı əriyib.

Yanğın zamanı tüstülənən mənzillərdən 15 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR