Bill Klinton zəhərləndi -

ABŞ-ın keçmiş prezidenti Bill Klinton Kaliforniyadakı xəstəxanaya yerləşdirilib.

Metbuat.az xəbər verir ki, bu barədə "CNN"nə siyasətçinin sözçüsü məlumat verib. Qeyd olunur ki, siyasətçinin xəstəxanaya yerləşdirilməsinə səbəb infeksiya olub.

"Virus düşüncəsi ilə xəstəxanaya aparıldı amma əksinə başqa bir şeydən qanına infeksiya daxil olduğu məlum olub. Bu zaman zəhərlənmə prosesi başlayıb. Hazırda antibiotiklərlə müalicə olunur və həkimlər müalicəyə müsbət reaksiya verdiyini söyləyirlər" telekanal belə bildirib.

Həkimlər infeksiyanın səbəbinin sidik yolları ilə əlaqələndiriblər. Onların fikrincə, yaşlı insanlarda belə problemlər nadir deyil və asanlıqla müalicə olunur. Həkimlər onu da qeyd ediblər ki, Klintonun sağlamlıq səbəbindən deyil, məxfilik və təhlükəsizlik səbəbindən reanimasiya şöbəsində müalicə olunur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR