İsrail əsgərləri fələstinli şübhəlini güllələdilər -

İsrail əsgərləri cümə gecəsi İordan çayının qərb sahilində, Beyt Jalə şəhəri yaxınlığındakı avtomobil yolunda yoldan keçən maşınlara molotof kokteyli atan bir fələstinlini güllələyiblər.

Metbuat.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

"İki şübhəli, Beyt Jalə yaxınlığındakı bir magistral yolda tunelə Molotov kokteyli atdı, bu da avtomobildəki sərnişinlərinin həyatını təhlükəyə saldı. Əsgərlər şübhəlilərə atəş açdı. Şübhəlilərdən biri yaralandı və ona tibbi yardım göstərildi, lakin sonra hadisə yerində öldü. İkinci şübhəli tutuldu " ordudan verilən açıqlamada belə deyilir.

Qeyd edək ki, İsrail tərəfdən zərərçəkənlər haqqında heç bir məlumat yox idi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR