Koronavirusa yoluxan körpələrdə bu simptomlar olur -

Koronavirusa yoluxan 1 yaşdan aşağı uşaqlar böyük risk qurupuna daxildir.

Metbuat.az-ın məlumatıan görə, bunu Səhiyyə Nazirliyinin baş pediatrı Erkin Rəhimov "Yenidoğulmuşlarda görülən xəstəliklər" mövzusunda çıxışı zamanı deyib.

O bildirib ki, həmin dövrdə koronavirusa yoluxanlar xəstəliyi ağır keçirir: "Əsas simptom tənəffüs çatışmazlığıdır. Bəzən o qədər ağır olur ki, süni tənəffüs aparatına qoşmaq belə fayda vermir. Nadir hallarda isə bəzi uşaqlar koronavirusu simptomsuz keçirsə belə, 2-6 həftə ərzində bir çox sistemi tutan iltihabi proses başlayır. Bu, ürəyi, böyrəyi, ağciyərləri və s. tuta bilir".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR